Bakı şəhər sakini Rauf Qəribovu qətlə yetirməkdə şübhəli bilinən paytaxt sakini Şamil Fətiyev saxlanılmışdır
28.08.2018Avqustun 14-də paytaxtın Nizami rayonu ərazisindən Bakı şəhər sakini Rauf Qəribov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmiş və orada ölmüşdür.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən paytaxt sakini Şamil Fətiyev saxlanılmışdır.