Şəmkir rayonu ərazisindəki mağazaların birindən oğurluq törətməkdə şübhəli bilinən M.Məmmədov saxlanılmışdır
28.08.2018Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 20-də rayon ərazisindəki mağazaların birindən 670 manat pul, 3050 manat dəyərində tütün məmulatı və təmizlik ləvazimatları oğurlamaqda şübhəli bilinən Kür qəsəbə sakini Məmməd Məmmədov saxlanılmışdır.