Xəzər rayonunun Qala qəsəbəsi ərazisində qəsəbə sakini E.Hüseynovu döyərək pulunu və mobil telefonunu almaqda şübhəli bilinən N.Hüseynov saxlanılmışdır
28.08.2018Avqustun 28-də Xəzər rayonunun Qala qəsəbəsi ərazisində naməlum şəxs qəsəbə sakini E.Hüseynovu döyüb 32 manat pulunu və mobil telefonunu almışdır.
Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nicat Hüseynov saxlanılmışdır.