Füzuli rayonu ərazisindəki fermada rayon sakini T.Musayevə ov tüfəngindən açdığı atəşlə xəsarət yetirməkdə şübhəli bilinən Ə.Məmmədov tutulmuşdur
27.08.2018Avqustun 26-da Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisindəki fermada, orada işləyən Musabəyli kənd sakini, əvvəllər məhkum olunmuş Əli Məmmədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə kənd sakini Tumas Musayevə xəsarət yetirib hadisə yerini tərk etmişdir.
T.Musayev xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Hadisə yerinə keçirilən baxış zamanı oradan müvafiq sənədləri olan “ИЖ-18” markalı ov tüfəngi götürülmüşdür.Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən Əli Məmmədov tutulmuşdur.