Xaçmaz rayon sakini E.Çobanova məxsus həyətyanı sahədən çətənə kolları və marixuana götürülmüşdür
27.08.2018Daxil olan məlumat əsasında Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İdrisoba kənd sakini, əvvəllər məhkum olunmuş Elman Çobanova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu və 3,147 qram marixuana aşkar edilərək götürülmüşdür.