Bərdə rayonu ərazisində “VAZ” markalı avtomobillər toqquşmuşdur
27.08.2018Avqustun 4-də Bərdə rayonu ərazisində Laçın rayon sakini Səlim Əkbərovun və Tərtər rayon sakini Nəsir Alıyevin idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşmuşdur.
Nəticədə S.Əkbərovun sərnişini, Bərdə rayon sakini Mənsurə Kəlbalıyeva və N.Alıyevin bir sərnişini xəstəxanaya yerləşdirilmişlər. Avqustun 27-də M.Kəlbalıyeva orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.