Quldurluq etməkdə şübhəli bilinən Xalid Məmmədov saxlanılmışdır
30.07.2018İyulun 30-da Sumqayıt şəhər sakini Elçin İsmayılov 3-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək iyulun 29-da saat 23 radələrində 76-cı məhəllənin ərazisində yolun kənarında dayanarkən markasını bilmədiyi avtomobilin sürücüsünün ona yaxınlaşıb küt alətlə əlindən vuraraq içərisində 45 manat və mobil telefonu olan çantasını almasını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xalid Məmmədov saxlanılmışdır.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.