DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 106 cinayət faktı qeydə alınmışdır

30.07.2018

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 106 cinayət faktı qeydə alınmış, onların da 21-i “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunmuşdur. 
  • Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır. 
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilmişdir. 
  • Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılmışdır.

30.07.2018 tarixinə olan kriminal məlumatlar