DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gəncə şəhər sakini Ehtiram Musayevdən narkotik vasitələr aşkar edilərək götürülüb

30.07.2018

Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Ehtiram Musayevdən 13 ədəd lirika və 30 ədəd tramadol həbləri, kirayədə yaşadığı mənzildən isə 815 qram marixuana, 660 ədəd tramadol və 50 ədəd lirika həbləri aşkar edilərək götürülmüşdür.

Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satan şəxs də müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə həmin şəxsin evindən 845 qram marixuana aşkar edilərək götürülmüşdür.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

30.07.2018 tarixinə olan kriminal məlumatlar