DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

T.Novruzova xadimə işlədiyi evdən pul və qızıl əşyalar oğurladığını etiraf etmişdir

30.07.2018

İyulun 30-da Sumqayıt şəhər sakini Rəsul Fazil oğlu 4-cü Polis Bolməsinə ərizə ilə müraciət edərək 2017-ci ilin yanvar ayından aprel ayınadək olan müddətdə 30-cu məhəllədəki evindən 7500 manatının və 2000 manat dəyərində qızıl əşyalarının oğurlanmasını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun onun evində xadimə işləyən T.Novruzova tərəfindən törədilməsi müəyyən edilmişdir. T.Novruzova izahatında hadisəni törətməsini və qızıl əşyaları həmyerlisi S.Ələkbərova ilə birgə satmasını etiraf etmişdir.

30.07.2018 tarixinə olan kriminal məlumatlar