Tüfəngdən açdığı atəşlə arvadı Ceyhunə Səfərovanı qətlə yetirmiş İsmayıllı rayonunun Kürdmaşı kəndində yaşayan Elçin Cəfərov saxlanılmışdır
03.07.2018İyulun 3-də saat 2 radələrində İsmayıllı rayonunun Kürdmaşı kəndində yaşayan Elçin Cəfərov evində münaqişə zəminində tüfəngdən açdığı atəşlə arvadı Ceyhunə Səfərovanı qətlə yetirmişdir.
İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə E.Cəfərov saxlanılmışdır. Ondan hadisəni törədərkən istifadə etdiyi tüfəng götürülmüşdür.
Faktla əlaqədar cinayət işi başlanmışdır.