Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
03.07.2018İyulun 3-də saat 1 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Beyləqan rayon sakini Əli Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Firuddin Ağayevi vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.