Bərdə rayonunun Əmirli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
03.07.2018İyulun 3-də saat 1 radələrində Bərdə rayonunun Əmirli kəndi ərazisində Xanərəb kənd sakini Cavid Abdullayevin idarə etdiyi “Hyundai” və Bakı şəhər sakini Elvin Abışovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşmuşdur. Nəticədə E.Abışov hadisə yerində, xəstəxanaya yerləşdirilmiş sərnişini olan qardaşı Təbriz isə orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.