Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb

25.06.2018

İyunun 24-də Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində naməlum şəxsin kənd sakini Bəhruz Əliyevə bıçaqla xəsarət yetirməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.  

Görülmüş tədbirlərlə qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən kənd sakini Rəşad Muradzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Rayon Polis Şöbəsində araşdırma aparılır.

25.06.2018 tarixinə olan kriminal məlumatlar