Sumqayıt şəhər sakinləri M.Orucovanın və P.Əkbərinin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini M.Qafarov saxlanılmışdır
25.06.2018Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən şəhər sakinləri M.Orucovanın və P.Əkbərinin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mömin Qafarov saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun B.İsmayılovun “Hyundai” markalı avtomobilindən bankomat kartları və gözəllik salonlarının birindən televizor oğurlaması da müəyyən edilmişdir.