İmişli şəhəri ərazisində “Mercedes” və “VAZ-21074” markalı avtomobillər toqquşmuşdur
25.06.2018İyunun 25-də saat 13 radələrində İmişli şəhəri ərazisində rayon sakinləri Eltun Əmirovun idarə etdiyi “Mercedes” və Babək Əsədovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşmuşdur. Nəticədə B.Əsədov hadisə yerində ölmüş, 2 sərnişini, habelə E.Əmirov xəstəxanaya yerləşdirilmişlər.
İmişli RPŞ tərəfindən araşdırma aparılır.