Bakı şəhər sakini Rəşad Hüseynov bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Tuncay Vəliyev saxlanılmışdır
12.06.2018İyunun 7-də saat 3 radələrində Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynov bıçaqla qətlə yetirilmişdir.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tuncay Vəliyev saxlanılmışdır.
Onun yaşadığı evdən narkotik vasitə olan heroin və ambunika aşkar edilərək götürülmüşdür.