Oğurluqda şübhəli bilinən Hacıqabul rayonunun Rəncbər kənd sakini Namiq Bədəlov saxlanılmışdır
12.06.2018Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 8-də şəhər ərazisindəki mağazaların birindən 865 manat və danışıq kartları oğurlamaqda şübhəli bilinən Rəncbər kənd sakini, əvvəllər məhkum olunmuş Namiq Bədəlov saxlanılmışdır.
Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.