Ağstafa rayonu ərazisindəki evlərin birindən oğurluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılmışdır
12.06.2018Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 11-də rayon ərazisindəki evlərin birindən 3 ədəd modem, 2 ədəd monitor və müşahidə qurğusunun 5 ədəd kamerasını oğurlamaqda şübhəli bilinən Köçəsgər kənd sakinləri, əvvəllər məhkum olunmuşlar Vüsal Hüseynov, İmamqulu Hacıyev və Əli İbrahimov saxlanılmışdır.