Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

07.06.2018

İyunun 7-də Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş 2017-ci ilin fevral ayından cari il mart ayınadək olan müddətdə Sevinc adlı şəxsin paytaxt ərazisində onun alması üçün ev tapacağı adı ilə aldadaraq 77.000 manatını aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sevinc Mirzəyeva müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.