Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Velosiped oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

07.06.2018

İyunun 6-da Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakinləri Z.Abdullayev və S.Əhmədzadə evlərinin girişindən velosipedlərinin oğurlandıqlarını bildiriblər.

“İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurladığı velosipedləri satmaq istəyən şəxs cinayət başında yaxalanıb. Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məlikov olduğu məlum olub. Onun iyunun 4-nə keçən gecə daha 2 nəfərin velosipedlərini oğurlaması da müəyyən edilib.

Velosipedlər polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.