Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bağlardan oğurluqlar etməkdə şübhəli bilinən şəxs saxlanılıb

07.06.2018

DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə müraciət edən K.Balakişiyeva Ceyranbatan bağlar sahəsindəki evindən oğurluq edildiyini bildirib.

Məlumatla əlaqədar dərhal Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və iyunun 3-dən 7-dək olan müddətdə evdən 50 metr elektrik naqili və məişət əşyalarının oğurlandığı məlum olub.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən şəxsi müəyyən edərək saxlayıblar. Araşdırmalarla Sumqayıt şəhər sakini, əvvəllər də məhkum olunmuş Emil Hümbətzadənin digər cinayət əməllərinin də üstü açılıb. Onun Yaşıldərə bağlar sahəsində daha 9 evdən  pul, təmir-tikinti alətləri, inşaat materialları və məişət əşyaları oğurlaması da müəyyən edilib.

E.Hümbətzadənin cinayət yolu ilə əldə etdiyi əşyaları şəhər ərazisindəki metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib. Maddi subutlar polis əməkdaşları tərəfindən həmin məntəqələrdən aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.