DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Evdəki seyfdən qapını sındırmaq yolu ilə 31000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilnən Göygöl rayon sakini Nofəl Məhərrəmov və M.Məhərrəmova saxlanılıblar

20.05.2018

DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə Gəncə şəhərindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Məlumatla əlaqədar dərhal  Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirirlib və mayın 17-də evdəki seyfdən qapını sındırmaq yolu ilə 31000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.

DİN-in Baş Cinayət Axtarışı, Gəncə Şəhər Baş Polis və Kəpəz Rayon Polis idarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla onların Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Nofəl Məhərrəmov və M.Məhərrəmova olduqları məlum olub.

Oğurlanmış qızıl-zinət əşyaları polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.   
Faktla bağlı cinayət işi başlanılıb.

20.05.2018 tarixinə olan kriminal məlumatlar