DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Göytəpə şəhəri ərazisindəki poçt şöbələrinin birindən oğurluqda şübhəli bilinən Məhəmməd Nurullayev saxlanılıb

20.05.2018

Cəlilabad Rayon Polis Şöbəsinə mayın 19-na keçən gecə Göytəpə şəhəri ərazisindəki poçt şöbələrinin birindən 17 ədəd videoqəbuledici, 2 ədəd skaner aparatı, 1 ədəd elektrik tənzimləyicisi və dəftərxana ləvazimatlarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilib. Görülmüş tədbirlərlə saxlanılan şəxsin Göytəpə şəhər sakini Məhəmməd Nurullayev olduğu müəyyən edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır. 

20.05.2018 tarixinə olan kriminal məlumatlar