DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bankların birinin filialından oğurluğa cəhd göstərən Bakı şəhər sakini Əhməd Zeynallı saxlanılıb

20.05.2018

Mayın 19-da saat 1 radələrində Nəsimi Rayon Mühafizə İdarəsinə bankların birinin rayon filialından həyəcan siqnalı daxil olub.

Dərhal hadisə yerinə gələn polis əməkdaşları oranın giriş qapısının şüşəsini daşla sındıraraq oğurluğa cəhd göstərən şəxsi cinayət başında yaxalayıblar.

19-cu Polis Bölməsinə təhvil verilən şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əhməd Zeynallı olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.

20.05.2018 tarixinə olan kriminal məlumatlar