Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Ə.Həmidov Balaxanı qəsəbəsi ərazisində tapdığı silah-sursatı könüllü olaraq polisə təhvil verib

17.05.2018

Aparılan profilaktiki tədbirlər nəticəsində…

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.   

Aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini Ə.Həmidov Balaxanı qəsəbəsi ərazisində yerləşən məişət tullantıları ərazisindən tapdığı nömrəsi silinmiş “Makarov” markalı tapançanı, 1 ədəd patron darağını və 7 ədəd patronu könüllü olaraq Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə təhvil verib.

17.05.2018 tarixinə olan kriminal məlumatlar