Sumqayıt şəhəri ərazisindəki 3 həyətyanı sahədən və 1 avtomobildən oğurluq törətməkdə şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini A.Hacıbalayev saxlanılmışdır
17.05.2018Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 9-dan mayın 1-dək olan müddətdə şəhər ərazisindəki 3 həyətyanı sahədən və 1 avtomobildən təmir-tikinti alətləri, inşaat materialları və məişət əşyaları oğurlamaqda şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Anar Hacıbalayev saxlanılmışdır.