Mayın 15-də yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış S.Məmmədovanı idarə etdiyi avtomobillə vuran sürücü saxlanılmışdır
17.05.2018Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 15-də yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış S.Məmmədovanın Quba rayon sakini Sənan Hacıyevin idarə etdiyi “Hyundai” markalı avtomobillə vurulması müəyyən edilmiş və o, saxlanılmışdır.