Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Alüminiumdan olan elektrik naqillərini oğurlamaqda şübhəli bilinən 6 nəfər müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb

03.05.2018

Mayın 3-də Göyçay Rayon Polis Şöbəsinə aprel ayının 26-da Qarayazı kəndi ərazisində MMC-lərdən birinə məxsus 360 metr alüminiumdan olan elektrik naqilinin oğurlanması barədə müraciət daxil olub.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 6 nəfər müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onların İmişli rayon sakinləri Ataməli İsmayılov, Tapdıq Quliyev, Yalçın Səfiyev, Amil Səfərov, Ağayar Şərifov və onun qardaşı Əlverdi olduqları müəyyən edilib.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların cari il aprel ayında Qarayazı kəndi ərazisində dayaqlararası ümumilikdə 860 metr alüminiumdan olan elektrik naqilini kəsərək oğurlamaları da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.