Hacıqabul rayonunun Şorbaçı kəndində yol-nəqliyyat hadisəsi
03.05.2018Mayın 3-də saat 13 radələrində Hacıqabul rayonunun Şorbaçı kəndində Quba rayon sakini Zakir Babayev idarə etdiyi “Sadko” markalı avtomobili aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüş, 2 sərnişini xəstəxanaya yerləşdirilmişlər.
Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.