Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi
03.05.2018Mayın 3-də saat 22 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Vüqar Ağayev idarə etdiyi “Jeep” markalı avtomobillə yolu keçən paytaxt sakini Natella Məmmədovanı vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
Səbail RPİ tərəfindən araşdırma aparılır.