Soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini Tərlan Şirəliyev saxlanılıb
02.05.2018Mayın 2-də saat 2 radələrində DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini N.Vəliyev Bakıxanov qəsəbəsi ərazisində naməlum şəxsin onun avtomobilindən mobil telefonunu apardığını bildirib.
Dərhal Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən “isti izlər”lə saxlanılaraq 13-cü Polis Bölməsinə təhvil verilib.Araşdırmalarla onun paytaxt sakini Tərlan Şirəliyev olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.