Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtomobil qaçırmaqda şübhəli bilinənlər saxlanılıblar

02.05.2018

Mayın 2-də Gədəbəy Rayon Polis Şöbəsinə müraciət edən Soyuqbulaq kənd sakini Məqsəd Qurbanov “Niva” markalı avtomobilinin axşam saatlarında şəhər ərazisindən qaçırıldığını bildirib.

Dərhal polis əməkdaşları tərəfindən başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan avtomobil qısa müddətdə Arıxdam kəndi ərazisində tapılıb.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən  rayon sakinləri Əfqan Əliyev və Hafiz Abdullayev də müəyyən edilərək saxlanılıblar.

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə mayın 1-də Dağlı kənd sakini Hacıağa Bayramovun  qaçırılmış “UAZ” markalı avtomobili qısa zamanda Tülər kəndinin ərazisində tapılıb, onu qaçırmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyyam Muradov isə saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

02.05.2018 tarixinə olan kriminal məlumatlar