Oğurluq etdiklərinə görə tutulmuş Cəlilabad rayon sakinləri Əli Zeynalovun və Nizami Mahmudovun törətdiyi digər cinayət əməli müəyyən edilib
02.05.2018Masallı rayonunun Aşurlu kənd məscidindəki seyfdən oğurluq etdiklərinə görə tutulmuş Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuşlar – Əli Zeynalovun və Nizami Mahmudovun ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların digər analoji cinayət əməllərinin də üstü açılıb. Belə ki, onların aprel ayının 13-də Boradigah qəsəbəsi ərazisindəki məsciddəki seyfdən qapının qıfılını sındırmaq yolu ilə 127 manat pul oğurlamaları da müəyyən edilib.
Araşdırmalar aparılır.