Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb

02.05.2018

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan  Lənkəran rayon sakini Elman Sadıxzadədən çəkisi 6 kiloqram 320 qram tiryək aşkar edilib.

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Nizami Baxışovun yaşadığı evdən əlavə olaraq çəkisi 380 qram marixuana aşkar edilərək götürülüb. 

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini Qəhrəman Hüseynovun həyətyanı sahəsindən dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 34 ədəd çətənə kolu aşkar edilərək götürülüb. 

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı araşdırmalar aparılır. 

02.05.2018 tarixinə olan kriminal məlumatlar