Binə qəsəbə sakini V.Breusun yaşadığı evdən kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları və marixuana aşkar edilərək götürülmüşdür
01.05.2018Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Binə qəsəbə sakini Vadim Breusun yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 54 ədəd çətənə kolu və çəkisi 177 qramdan artıq qurudulmuş, 150 qram isə qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür.