Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində yol-nəqliyyat hadisəsi
01.05.2018Mayın 1-də saat 19 radələrində Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində Beyi kənd sakini Sənan Həsənovun və Zərdab rayon sakini Ağaveyis Yusubovun idarə etdikləri 2 “Mercedes” markalı avtomobil toqquşmuşdur. Nəticədə A.Yusubovun sərnişinlərindən Xəlil İsmayılov hadisə yerində ölmüş, digər 1 sərnişini, habelə S.Həsənov və 1 sərnişini xəstəxanaya yerləşdirilmiş, M.Həsənova orada ölmüşdür.
Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.