Sumqayıt şəhəri ərazisində bir sıra oğurluqlar törətməkdə şübhəli bilinən Rauf İsgəndərov və Elçin Vahabov saxlanılmışlar
01.05.2018Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin mart-aprel ayları ərzində şəhər ərazisində 2 nəfərin velosipedini, 2 nəfərin mobil telefonunu, 3 evdən məişət əşyaları, 1 köşkdən tütün məmulatı və 1 avtomobildən ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri Rauf İsgəndərov və Elçin Vahabov saxlanılmışlar.