Narkotik vasitə ilə tutulmuş M.Qasımovun Sumqayıt şəhəri ərazisindəki oyun zallarının birindən oğurluq etməsi də müəyyən edilmişdir
01.05.2018Narkotik vasitə ilə tutulmuş Mirşahin Qasımovun ətrafında DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Sumqayıt ŞPİ 3-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 4-də şəhər ərazisindəki oyun zallarının birindən oyun aparatı və 150 manat pul oğurlaması da müəyyən edilmişdir.