Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakinləri Elnur Sədirxanov, Ceyhun Məhərrəmov və Samir Tağıyev saxlanılıblar

30.04.2018

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciət edən Abşeron rayon sakini Ruslan Məmmədov aprelin 29-da gecə saatlarında Pirşağı qəsəbəsi ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

Dərhal həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan avtomobil polis əməkdaşları tərəfindən Binəqədi qəsəbəsinin ərazisində tapılıb.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onların Abşeron rayon sakinləri Elnur Sədirxanov, Ceyhun Məhərrəmov və Samir Tağıyev olduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.