Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xuliqanlıq törətməkdə şübhəli bilinən Zaman Lətifovdan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb

30.04.2018

Aprelin 30-da Bərdə  rayonunun Kələntərli kəndində yaşayan Samir Lətifovun evinə gəlmiş əmisi Zamanın onun həyətinin darvazasına tüfəngdən atəş açması barədə RPŞ-yə məlumat daxil olub. Baş vermiş hadisənin araşdırması ilə əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Xuliqanlığı törətməkdə şübhəli bilinən Zaman Lətifov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.