Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quldurluq etməkdə şübhəli bilinən Göygöl rayon sakini Orxan Həsənli, Gəncə şəhər sakinləri İsgəndər Məmmədov və Hüseyn Mayılov saxlanılıblar

30.04.2018

DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Gəncə şəhər sakini Şahin Məmmədov axşam saatlarında Ş.İ.Xətai prospektində 3 nəfər tərəfindən döyülüb, bıçaqla hədələnərək  pulunun alındığını bildirib.

Məlumatla əlaqədar dərhal Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Aparılan araşdırmalarla Ş.Məmmədova qarşı quldurluq törədən şəxslərin zərərçəkənə məxsus 120 manat pulu aldıqdan sonra  avtomobillə aradan çıxdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Keçirilən tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinənlər -  əvvəllər məhkum olunmuşlar - Göygöl rayon sakini Orxan Həsənli, Gəncə şəhər sakinləri İsgəndər Məmmədov və Hüseyn Mayılov polis əməkdaşları tərəfindən saxlanılıblar. 

Əməliyyat tədbirləri ilə polis əməkdaşları tərəfindən İ.Məmmədovun şəhər ərazisindəki yaşadığı evdən 1 ədəd “F-1”qumbarası və narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Araşdırma aparılır.