Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı

18.04.2018

Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Mustafayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.

Polis əməkdaşları saxlanılan şəxsin narkotiki əldə etdiyi mənbəni də müəyyən ediblər.  Görülmüş tədbirlərlə şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Teymurov da saxlanılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində onun şəhər ərazisində yaşadığı evdən nömrəsi silinmiş və qundağı kəsilmiş avtomat silahı, 9 ədəd 5,45 mm. kalibirli patron və 1 ədəd patron sandığı aşkar edilərək götürülüb. 

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı araşdırmalar aparılır.