Oğurluqda şübhəli bilinən Siyəzən rayonunun Zarat kənd sakini Şərafəddin Fərzəliyev saxlanılmışdır
18.04.2018Siyəzən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 3-də rayon ərazisindəki evlərin birindən 1 ədəd qaynaq aparatı, 1 ədəd kondisioner mühərriki, 1 ədəd otbiçən maşının mühərriki, 480 metr elektrik naqili, xalça, su mühərriki və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Zarat kənd sakini, əvvəllər məhkum olunmuş Şərafəddin Fərzəliyev saxlanılmışdır.