Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Andrey Çernyavski saxlanılmışdır
18.04.2018Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 19-dan aprelin 2-dək olan müddətdə rayon ərazisindəki 1 həyətdən, 1 torpaq sahəsindən və 1 nəfərin çantasından ərzaq məhsulları, su mühərriki və su nasosu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Andrey Çernyavski saxlanılmışdır.