Gün ərzində 116 cinayət faktı qeydə alınmışdır
17.04.2018Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 116 cinayət faktı qeydə alınmış, onların da 26-sı “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4 nəfər, borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 17 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılmışdır.