Quba rayonunun Qırmızı Slaboda qəsəbə sakini Şüşan Sumxayevanı döyərək aldığı xəsarətlərdən ölümünə səbəb olmuş Mişi Miqirov saxlanılmışdır
17.04.2018Aprelin 17-də Quba rayonunun Qırmızı Slaboda qəsəbəsində yerləşən qəbristanlıqda qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mişi Miqirov həmyerlisi Şüşan Sumxayevanı döymüşdür. Nəticədə xəstəxanaya yerləşdirilmiş Ş.Sumxayeva orada ölmüşdür.
Quba RPŞ-nin əməkdaşları tərəfindən M.Miqirov saxlanılmışdır.
Araşdırma aparılır.