Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabirabad şəhər sakini Daşqın Məhərrəmovdan narkotik vasitələr aşkar edilərək götürülüb

17.04.2018

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Daşqın Məhərrəmov saxlanılıb. Şəxsi axtarış zamanı ondan çəkisi 2,5 qram heroin, 1,4 qram tiryək, 2 ədəd şpris və çətənə toxumları aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evindən əlavə olaraq marixuana, həmçinin 1 ədəd pnevmatik tüfəng, 1 ədəd beşbarmaq və 4 ədəd bıçaq aşkar edilərək götürülüb.

Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.