Cəlilabad rayonunun Alar kəndində yol-nəqliyyat hadisəsi
17.04.2018Aprelin 17-də saat 23 radələrində Cəlilabad rayonunun Alar kəndində Üçtəpə kənd sakini Əli Nağıyevin idarə etdiyi “QAZ-33213” (mikroavtobus) və Maşlıq kənd sakini Rauf Əliyevin idarə etdiyi “QAZ-330211” markalı (yük) avtomobillər toqquşmuşdur.
Nəticədə R.Əliyevin sərnişini, Masallı rayon sakini Mehman Qəfərov hadisə yerində ölmüş, digər sürücü və 1 sərnişini xəstəxanaya yerləşdirilmişlər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.