Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qanunsuz saxlanılan silah-sursat tapılıb

06.04.2018

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.  

Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının qanunsuz saxlanılan silah-sursat barədə əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini İnşallah Babayevin yaşadığı evdən 1 ədəd “AK” markalı silah, 1 ədəd patron darağı və 20 ədəd 7,62 çaplı patron aşkar edilərək götürülüb.  

Faktla bağlı  araşdırma aparılır.

06.04.2018 tarixinə olan kriminal məlumatlar